KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib

KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib
DÜNYA
19:37 20.02.2026
526
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Rusiyaya qarşı növbəti - 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib.

Bu barədə "Reuters" avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilir ki, sanksiyalarla bağlı Macarıstan və Slovakiyadan başqa Malta, Kipr, Yunanıstan və İspaniyanın da narazılığı var.

Xatırladaq ki, 20-ci sanksiyalar paketi razılaşdırılandan sonra fevralın 23-də Aİ xarici işlər nazirləri tərəfindən qəbul olunmalı idi.
OXŞAR XƏBƏRLƏR