KİV: Əfqanıstan prezidenti ölkəni tərk edə bilər

KİV: Əfqanıstan prezidenti ölkəni tərk edə bilər
DÜNYA
21:47 13.08.2021
1224
Əfqanıstan prezidenti Əşrəf Qani tezliklə ölkə daxilində siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar əhaliyə müraciət edəcək və daha sonra ölkəni tərk edə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Al Mayadeen” telekanalı məlumat verib.

Televiziyanın müxbiri bildirib ki, axşam saatlarında Əşrəf Qəni əhaliyə müraciət edəcək: "Bundan sonra hər an ölkəni tərk edə biləcəyi gözlənilir”.

Əfqanıstan hökumətində məlumatı nə təsdiq, nə də təkzib ediblər.
OXŞAR XƏBƏRLƏR