KİV: “FETÖ Türkiyə-Azərbaycan münasibətlərinə dəstək verənlərə qarşı hücuma keçib”

KİV: “FETÖ Türkiyə-Azərbaycan münasibətlərinə dəstək verənlərə qarşı hücuma keçib”
DÜNYA
18:20 24.08.2023
251
"Fətullahçı Terror Təşkilatı (FETÖ) Türkiyə-Azərbaycan münasibətlərinə dəstək verənlərə qarşı hücuma keçib”.
 
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin "Haber7” portalı yazıb.

Məqalədə qeyd olunub ki, yerli mətbuatda, həm də bəzi məclislərdə illərdir Türkiyə-Azərbaycan münasibətləri üçün çalışan önəmli Türkiyə vətəndaşları və azərbaycanlılar haqqında mənfi atmosfer yaradılır: "Türkiyə və Azərbaycanın düşməni olan FETÖ-çülərin iki ölkə arasında münasibətlərdə problem yaratmaq üçün fövqəladə səylər göstərdiyi barədə məlumatlar var. Yalan və böhtana əsaslanan saxta sənədlərlə Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan addımlar atılır. İki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qurulan fövqəladə güclü münasibətlərin "şəxsi ambisiyaları” ucbatından boşa çıxarılması istənilir”.

Daha sonra 15 ildir Azərbaycana gedib-gəldiyini vurğulayan müəllif Türkiyə mediası və ictimai rəyində Xocalı və Qarabağ mövzusunun prioritet olduğunu, bu istiqamətdə gərgin fəaliyyətə də toxunub. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi günlərində Türkiyə mediası Azərbaycana fövqəladə dəstəyi ilə seçilib.

"Biz hər dəfə azərbaycanlı dostlarımızla söhbət edir, dəyişiklikləri yaxından izləyirik. Eyni zamanda, Azərbaycanda yaşayan kifayət qədər dostlarımız var. Hər fürsətdə onlarla görüşmək imkanımız olur. Biz Prezident İlham Əliyevin bərpa və quruculuq işlərini yaxından izləyirik. TİKA və Maarif Vəqfi ilə hər fürsətdə məsləhətləşir, Azərbaycan mediası ilə sıx əməkdaşlıq edirik. Azərbaycanın Türkiyə üçün nə demək olduğunu anlayırıq”.


Müəllif Bakıdakı keçmiş səfir Ünal Çeviközi sərt tənqid edib. Bildirib ki, bu kimi adamların fəaliyyəti dövründəki münasibətlərdən indi əsər-əlamət belə yoxdur. Daha sonra iki qardaş xalq arasında münasibətlərin güclənməsində fədakarlıqla çalışmış şəxslərin adlarnı çəkib. Vurğulayıb ki, həmin qəhrəmanlardan biri də əvvəlki səfir Erkan Özoraldır. Vətən müharibəsi dövründə onun da böyük xidmətləri olub.

Qeyd edək ki, 1990-cı illərin sonundan ABŞ-də məskunlaşan "din xadimi” Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı təhsil və ictimai hərəkat pərdəsi altında dünyanın onlarla ölkəsində məktəblərə, iş yerlərinə, mediaya, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına, məhkəmə və ədliyyə sistemlərinə, hərbi qurumlara, bank və maliyyə sektoruna sıza bilib.

FETÖ 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 180-i mülki şəxs olmaqla, 250-dək Türkiyə vətəndaşı qətlə yetirilib. Bir çox ölkələr FETÖ-nü terror təşkilatı kimi tanıyır.

Azərbaycan və Türkiyə FETÖ-yə qarşı birgə mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR