KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır

KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
DÜNYA
23:10 25.05.2025
274
Fransa hökuməti iyun ayında Fələstini müstəqil dövlət kimi rəsmi şəkildə tanımağı planlaşdırır.

Bu barədə "Axios” portalı məlumat yayıb.

Məqalədə qeyd edilir ki, gələn ay Fransa və Səudiyyə Ərəbistanının birgə təşkil edəcəyi konfransda "iki dövlətli həll" məsələsi müzakirə olunacaq və rəsmi Paris həmin tədbirdə Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq.

"Axios” həmçinin yazır ki, İsrail Qəzza zolağında apardığı hərbi əməliyyatlar və humanitar yardımın çatdırılmasına maneə yaratdığı üçün beynəlxalq səviyyədə müttəfiqlərini itirməkdə davam edir.
 
/APA
OXŞAR XƏBƏRLƏR