KİV: Husilər İsrailə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırır

KİV: Husilər İsrailə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırır
DÜNYA
13:30 11.10.2025
321
Yəmənin "Ənsar Allah" hərəkatının lideri Abdel Məlik əl-Hüsi İsrailin Qəzza zolağında atəşkəs razılaşmasına əməl etdiyi müddətdə İsrail ərazisinə zərbələri, həmçinin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları dayandırmaq barədə göstəriş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.

"İsrailə və onunla əlaqəli ticarət gəmilərinə qarşı bütün əməliyyatlar dayandırılır. Çünki Qəzzadakı müharibənin aktiv mərhələsi başa çatıb. Lider İsrailin razılaşma şərtlərinə necə əməl etdiyinin müşahidə edilməsi barədə göstəriş verib. Yəmənin fələstinlilərə dəstək məsələsində gələcək addımları bundan asılı olacaq", - o bildirib.
 
\"Report"
OXŞAR XƏBƏRLƏR