KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib

KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
DÜNYA
21:37 15.07.2025
575
Pekin ABŞ Prezidenti Donald Trampın hədələri fonunda Moskvaya "daha dərindən" dəstək göstəriləcəyini bəyan edib.

Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Pekində keçirilən görüşdən sonra bildirib.

O qeyd edib ki, hər iki ölkə çoxtərəfli platformada qarşılıqlı dəstəyi möhkəmləndirməlidir.

Xatırladaq ki, Donald Tramp açıqlamasında əgər Moskva və Kiyev təxminən 50 gün ərzində silahlı münaqişənin həlli üzrə razılaşma imzalamasa, ABŞ-nin Rusiya və onun ticarət tərəfdaşlarına qarşı kəskin sanksiyalar tətbiq edəcəyini bəyan edib.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR