KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır

KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır
DÜNYA
19:11 02.06.2025
545
İran ABŞ-ın nüvə proqramı ilə bağlı təklifini rədd etməyə hazırlaşır.

Bunu İranın danışıqlar qrupuna yaxın olan adı açıqlanmayan diplomatı "Reuters"ə bildirib.

"İran ABŞ-ın təklifinə hazırladığı cavab sözügedən təklifin rədd edilməsi kimi şərh edilə bilər," - diplomat bildirib.

Diplomatın sözlərinə görə, bu təklifdə ABŞ-ın İran uranın zənginləşdirilməsi məsələsinə dair mövqeyi dəyişməz olaraq qalır və sanksiyaların ləğvi ilə bağlı heç bir aydın izahat yoxdur.

Qeyd edək ki, ABŞ-ın yeni nüvə sazişi üzrə təklifini Omanın xarici işlər naziri Seyid Bədr Əlbusaidi mayın 31-də İrana təqdim edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR