KİV: İran ABŞ-nin Yaxın Şərqdəki bazalarını vura bilər

KİV: İran ABŞ-nin Yaxın Şərqdəki bazalarını vura bilər
DÜNYA
11:10 14.06.2025
228
İran İsrailin hərəkətlərinə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarını vura bilər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Fars” agentliyinə İranın hərbi rəhbərliyinə yaxın mənbə bildirib.

Mənbələr bildirirlər ki, İran İsrail ərazisinə zərbələr endirməyə davam edəcək və bunun nəticələri çox ağrılı olacaq və İsraili etdiklərinə görə peşman edəcək.

Həmçinin qeyd edilir ki, İranın İsrailə qarşı əməliyyatının növbəti mərhələsi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirməsi ola bilər.

"Yaxın günlərdə müharibə İsrailin işğal etdiyi bütün ərazilərə və regiondakı Amerika bazalarına yayılacaq və təcavüzkarlar İranın qəti və genişmiqyaslı cavab zərbəsinin hədəfinə çevriləcək”, - agentliyin mənbəsi söyləyib.
OXŞAR XƏBƏRLƏR