KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib

KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
DÜNYA
21:48 19.03.2026
245
İran öz energetika infrastrukturuna endirilən zərbələrə cavab olaraq, İsrailin Hayfa şəhərində yerləşən strateji obyektlərə hücum təşkil edib.

AZXEBER.COM SNN telekanalına istinadən xəbər verir ki, zərbələr nəticəsində şəhərdəki elektrik stansiyası və neft emalı zavodu hədəf alınıb.

Telekanalın iddiasına əsasən, hücumdan sonra sözügedən hər iki obyektdə güclü yanğın başlayıb.
OXŞAR XƏBƏRLƏR