KİV: Maduro istefasına görə Trampdan pul istəyib

KİV: Maduro istefasına görə Trampdan pul istəyib
DÜNYA
22:38 05.12.2025
130
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampdan "istefa razılaşması" çərçivəsində 200 milyon dollar və siyasi sığınacaq istəyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, Venesuela prezidenti istefa verib ölkəni tərk etməsi qarşılığında şəxsi sərvətindən 200 milyon dolları özündə saxlamağı, vəzifəli şəxsləri əfv etməyi və dost ölkədə ona sığınacaq verməyi amerikalı həmkarından istəyib.

Qeyd edək ki, noyabrın sonu iki lider arasında telefon danışığı baş tutub.
OXŞAR XƏBƏRLƏR