KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib

KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
DÜNYA
07:08 30.10.2026
232
ABŞ-ın müdafiə naziri Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin strateji planlaşdırma idarəsinin rəisi, general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib.

Bu barədə "The Atlantic” jurnalı mənbələrinə istinadən məlumat yayıb.

Jurnalın yazdığına görə, qərar Pentaqonun İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına hazırlaşdığı bir vaxtda verilib.

Məsələ ilə bağlı heç bir rəsmi məlumat verilməyib.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR