Portuqaliya hökuməti qanuni əsas olmadan yaşayan 18 min əcnəbini ölkədən çıxarmağı planlaşdırır.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə hökumət yanındakı nazir nümayəndəsi Antonio Leytan Amaruya məlumat yayıb.
Onun sözlərinə görə, hakimiyyət əcnəbilərə 20 gün ərzində könüllü olaraq Portuqaliyanı tərk etmələrini tələb edən ilkin təlimatlar göndərəcək.
Bildirişlər gələn həftə göndərilməyə başlanacaq, ilk mərhələdə onları 4,5 min nəfər alacaq.