KİV: "Real"ın baş məşqçisi klubdan ayrılacaq

KİV: "Real"ın baş məşqçisi klubdan ayrılacaq
İDMAN
18:56 17.04.2025
446
İspaniya təmsilçisi "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti klubdan ayrılacaq.

Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 65 yaşlı mütəxəssis "Barselona" ilə aprelin 26-da baş tutacaq Kral Kubokunun oyunundan sonra postunu tərk edəcək.

Qeyd edək ki, "Real" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a iki oyunun nəticəsində uduzaraq (0:3, 1:2) mübarizəni dayandırıb.
 
\report
OXŞAR XƏBƏRLƏR