Rusiyanın Bryansk vilayətində iki helikopterin və bir təyyarənin qəzaya uğradığı bildirilir.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə teleqramın Rusiya seqmentində məlumat yayılıb.
Bundan başqa, mayın 13-də Rusiyanın "Su-34” qırıcısının qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Rusiyanın bəzi təbliğat kanalları helikopterlərin və təyyarənin Qərbdən alınmış uzaqmənzilli sistemlərindən istifadə edilməklə Ukrayna tərəfindən vurulması ilə bağlı iddialar irəli sürür.
Təsdiq olmamış digər məlumatlara görə, təyyarəni və helikopterləri portativ zenit sistemlərinə malik Ukraynanın təxribat qrupları vurub.