Ermənistanın sabiq müdafiə naziri David Tonoyan yaxınlarına onunla görüşməyi qadağan edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd” nəşri yazıb.
Qeyd olunduğu kimi, David Tonoyanın qohumları ilə görüşməsinə əvvəl icazə verilməmişdi, lakin sonradan ona yalnız ən yaxın adamları ilə görüş imkanı yaradılmışdı. Sabiq nazir bu imkandan da imtina edib.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız təyyarə raketləri almaqda və 4.6 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.