KİV: Tramp Meksikada hərbi əməliyyat hazırlayır

KİV: Tramp Meksikada hərbi əməliyyat hazırlayır
DÜNYA
22:47 03.11.2025
111
ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərə qarşı mübarizə üçün yeni hərbi missiyanın ətraflı planlaşdırılmasına başlayıb.

Bu barədə "NBC News" telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Fəaliyyətdə olan və keçmiş amerikalı məmurların sözlərinə görə, missiyaya yerüstü əməliyyatlar, o cümlədən laboratoriyalara və kartel liderlərinə qarşı dronlarla zərbələr daxil ola bilər. Lakin yekun qərar hələ qəbul edilməyib.

Təlimlər artıq başlayıb və hazırda əməliyyatın miqyası müzakirə olunur.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR