​KİV: Türkiyədə Twitter yenə bağlandı

DÜNYA
16:05 22.07.2015
1048

Türkiyə istifadəçiləri çərşənbə günü ölkədə Twitter şəbəkəsinin microbloqlarına daxil ola bilməyiblər. Bu barədə "Report" agentliyi xəbər verir.

Bir qədər əvvəl çərşənbə günü Şanlıurfa vilayətinin Suruç şəhər məhkəməsi 32 adamın həyatını itirdiyi terror hücumu yerdən foto və video materialların dərc edilməsini qadağan edən qərar qəbul edib. Əvvəllər bu materiallar yerləşdirilən sayt və sosial şəbəkə səhifələri bağlanıb.

Milliyyət qəzetinin xəbərinə görə, Türkiyədə istifadəçilərinin Twitter-dən yararlanmasının məhdudlaşması terror aktı ilə bağlı materialların çapınınqadağası və eləcə də texniki səbəblər üzündənola bilər. Dövlət rəsmilərinin məsələ ilə bağlı hələ heç bir açıqlaması olmayıb.

OXŞAR XƏBƏRLƏR