KİV: Ukrayna ordusu Kiyev və ətrafında hərbi təlimlər keçirəcək

KİV: Ukrayna ordusu Kiyev və ətrafında hərbi təlimlər keçirəcək
DÜNYA
19:01 23.05.2023
209
Kiyev və ətrafında hərbi təlimlər keçiriləcək.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığı məlumat yayıb.

Bildirilib ki, mayın 23-25-də keçiriləcək təlim prosesində şəxsi heyətin və hərbi texnikanın Ukrayna paytaxtının küçələri ilə hərəkəti həyata keçiriləcək.
 
Hərbçilərdən hərbi texnikanın hara və necə hərəkət etdiyi barədə sosial şəbəkələrdə məlumat verməməsi xahiş olunub.
 
///APA
OXŞAR XƏBƏRLƏR