Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkədən yalnız 14-ü büdcənin müdafiə xərclərinin artırılmasına icazə istəyib. Bu səbəbdən Brüsseldə blokun yenidən silahlanma planının mümkün uğursuzluğu ilə bağlı narahatlıqlar artır.
Bu barədə "Euractiv” nəşri məlumat yayıb.
"Aİ-yə üzv ölkələrin bir qismi Avropa Komissiyasına müdafiə xərclərinin artırılması üçün daha geniş sərbəstlik tələb edən rəsmi müraciət edib. Bu da Brüsselin 800 milyard avro hədəfinə çatmaq üçün iddialı yenidən silahlanma planı ilə bağlı narahatlıqları artırır. Yalnız 14 ölkə Brüsselin "milli azadolma qeydi"ni aktivləşdirmək çağırışına rəsmi olaraq nəzərə alıb", - nəşrdə deyilir.
Qeyd olunub ki, Belçika, Danimarka, Bolqarıstan, Almaniya, Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa, Portuqaliya, Slovakiya və Sloveniya kimi ölkələr icazə üçün müraciət ediblər.
\report