Türkiyədə yeni yayımlanacaq filmdə Mustafa Kamal Atatürkün obrazı canlandırılacaq.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa Kamal Atatürkü canlandırması üçün məşhur aktyor Kıvanç Tatlıtuğa təklif gəlib.
Yaraşıqlı aktyorun nə cavab verəcəyi hələlik məlum deyil. 6 bölümlük kiçik film "Ya İstiklal Ya Ölüm " adıyla yayımlanacaq.
Qeyd edək ki, Tatlıtuğ bundan öncə də Türk əsgəri olan Kurt Seyit Eminofun obrazını canlandırmışdı.
Mələk Cabbar

