Türkiyənin ən yaraşıqlı aktyorlarından biri Kıvanc Tatlıtuğ İstanbuldakı model şirkətlərindən biri ilə müqavilə imzalayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kıvancın məqsədi gələcək həyat yoldaşının işləməsi üçün şərait yaratmaq olub.Aktyor sevgilisi Florensin Fransaya qayıtmasını istəmədiyi üçün onu olduğu “Qaye Sökmen Ajans” agentliyində qeydiyyatdan keçirib.Ancaq Florens Parisdə işlədiyi model agentliyi ilə də əlaqələrini kəsməyəcəyini və xarici ölkələrdən iş təklifi gələrsə qəbul edəcəyini bildirib.Kıvancın sevgilisi İstanbulda işləyə bilmək üçün avqustun axırında türk dili kursuna da gedəcək. Florensin Türkiyədə modellik fəaliyyətini davam etdirməklə yanaşı seriallarda da rol alacağı deyilir.