Kiyev ''Dinamo''su qələbə qazandı, ''Real''dan darmadağın

İDMAN
12:48 04.10.2012
986

Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

A qrupunda "Porto" (Portuqaliya) evdə Fransanın PSJ klubunu qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb. Qrupun digər matçında isə Kiyev "Dinamo"su Zaqreb "Dinamo"sunu sınağa çəkib. Görüş 2:0 hesabı ilə Kiyev təmsilçisinin xeyrinə başa çatıb.

B qrupunun lideri "Arsenal" doğma azarkeşləri önündə "Olimpiakos" (Yunanıstan) ilə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib. Almaniyanın "Şalke" klubu isə öz meydanında "Monpelye" ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.

C qrupunda İtaliya nəhəngi "Milan" klubu Peterburqda "Zenit"in qonağı olub və çətin qələbəyə sevinib - 3:2. Qrupun lideri "Malaqa" klubu Belçikada "Anderlext"lə münasibətlərinə aydınlıq gətirib. İspaniya təmsilçisirəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

D qrupunda Madrid "Real"ı Hollandiyaya səfər edib. Madrid təmsilçisi burada "Ayaks"a gücünü göstərib - 4:1.Digər görüşdə isə "Mançester Siti" (İngiltərə) "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

OXŞAR XƏBƏRLƏR