Ukraynanın paytaxtı Kiyevdə qeydə alınan görüntülər "Müharibə bu ölkəyə heç vaxt toxunmayıb” deməyə vadar edib.
AZXEBER.COM xəbər verir ki, milyonlarla ukraynalı hücumlar səbəbindən didərgin düşsə də, bəziləri həyatlarını normal şəkildə davam etdirirlər.
Ukrayna hava hücumundan müdafiə sistemləri ilə özünü Rusiya ordusunun hücumlarından qorumağa çalışır.
Kiyev administrasiyası hər gün Qərbdən daha çox hərbi yardım istəyir. Ukraynanın bir çox məntəqələri Rusiyanın bombardmanlarına məruz qalıb. Mülki və hərbi infrastruktura ciddi ziyan dəyib. Belə olan halda, paytaxt Kiyevdə qeydə alınan görüntü müharibədən uzaq bir həyatın hökm sürdüyü təəssüratını yaradır.
Küçələrdə gəzən insanların xoş və şən əhval-ruhiyyəsi də diqqətdən yayınmayıb.
Həmin görüntüləri təqdim edirik:
Ayşən