Kiyev meri elan etdi: Şəhərdə yenidən dəhşətli partlayışlar baş verib

Kiyev meri elan etdi: Şəhərdə yenidən dəhşətli partlayışlar baş verib
DÜNYA
11:00 28.03.2023
207
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə yenidən partlayışların baş verdiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Obolon və Svyatoşin rayonlarında partlayış səslərinin eşidildiyini Telegram hesabından paylaşan Kliçko, "Svyatoşin rayonunda bir mağaza binasında yanğın çıxdı" - deyib.

Partlayışların baş verdiyi məntəqələrə yanğınsöndürənlər və axtarış-xilasetmə qruplarının göndərildiyini qeyd edən Kliçko partlayışlar nəticəsində insan tələfatının olmadığını qeyd edib.

Kiyev Şəhər Hərbi İdarəsindən verilən açıqlamada paytaxtda hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilib.

Ukrayna mətbuatının məlumatına görə, gecə yarısı Kiyev və bəzi bölgələrdə pilotsuz uçuş aparatlarının (PUA) hücumları həyata keçirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR