Rusiya həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verib

Rusiya həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verib
DÜNYA
18:42 17.07.2025
306
Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib.
 
Bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək.

Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər.

Daha əvvəl Rusiyanın Ukraynaya ümumilikdə 3 min hərbçinin meyitini təhvil verəcəyi bildirilmişdi.
 
///report
OXŞAR XƏBƏRLƏR