"Döyüş əməliyyatları” Ukraynanın paytaxtına qədər gəlib çatarsa, şəhər tam təxliyə ediləcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Təhlükəsizlik departamentinin direktoru Roman Tkaçuk açıqlama verib.
"Döyüşlər başlayarsa, təxliyə həyata keçiriləcək. Şəhərdə sadəcə kritik infrastruktur əməkdaşları və Ukrayna Silahlı Qüvvələri qalacaq”, - deyə o bildirib.









































