Kiyev tezliklə Avropa Birliyi ilə sazişi imzalayacaq

DÜNYA
10:20 13.12.2013
967

Ukrayna tezliklə Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalayacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Ukrayna milli strateji maraqlarını nəzərə alaraq tezliklə Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalayacaq”, deyə S.Arbuzov bildirib. Onun sözlərinə görə, bunun üçün siyasi iradə mövcuddur.

Brüsseldəki diplomatik mənbə “RİA Novosti”yə bildirib ki, Avropa Birliyinin rəsmiləri 2014-cü ildə Ukrayna və AB arasında keçiriləcək ikitərəfli sammitdə Kiyevin AB ilə assosiasiya haqqında sazişin imzalanacağını gözləyirlər.

OXŞAR XƏBƏRLƏR