Kiyevdə 2 Azərbaycan vətəndaşı həbs olundu

Kiyevdə 2 Azərbaycan vətəndaşı həbs olundu
DÜNYA
17:48 11.03.2021
772
Ukraynanın paytaxtı Kiyevdə iki Azərbaycan vətəndaşı həbs olunub.

"Report"un Avropa bürosunun məlumatına görə, Kiyevin Svyatoşinskiy rayon polisi 1985-ci il təvəllüdlü İbrahimov İlqarı və 1980-ci il təvəllüdlü Məlikzadə Təvəkkülü saxlayıb.

Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılmaya səbəb Ukrayna vətəndaşı Y.K. (qadın) tərəfindən qarət və insanlara hücumla bağlı verdiyi izahat səbəb olub.
OXŞAR XƏBƏRLƏR