Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycan dilinin təbliği məqsədilə yeni layihə həyata keçirir - Azərbaycan dili kursları.
Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, bu barədə təşkilatdan cümə axşamı bildirilib. Martın əvvəlindən etibarən birliyin Gənclik Mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarına qısa müddət ərzində 25 nəfər yazılıb. Dinləyicilər arasında jurnalistlər, diplomatlar, gömrük işçiləri, həkimlər, ARDNŞ-nin işçiləri, tələbələr var. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədriAnar Tahirovbildirib ki, kurslarda təkcə Azərbaycan dilinin qrammatikası və leksikası yox, Azərbaycanın qədim tarixi, ənənələri, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, mətbəxi ilə əlaqəli geniş spektrli kulturoloji faktlar öyrədiləcək. Kursları professor Rafiq Novruzov aparır.