Kiyevdə Azərbaycan gecəsi keçirildi - FOTOLAR

FOTOSESSİYA
13:55 17.10.2013
3597

Kiyev şəhərində Ümumdünya Skaut Hərəkatı Təşkilatının Avrasiya Skaut Regionunun 2-ci Regional Skaut Gənclər Forumu və 5-ci Regional Skaut konfransı keçirilib. Bir həftə davam edən forum və konfrans çərçivəsində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Azəbaycan Skautlar Assosiasiyasının birgə təşkil etdikləri Azərbaycan gecəsi beynəlxalq tədbirə qatılanlar tərəfindən böyük maraqla qarşılanıb .

SAMU-dan AZXEBER.COM-a verilən məlumata görə, 35 ölkədən 200-dən çox gənc Skautun qatıldığı beynəlxalq forum və konfransda avrasiya məkanında fəaliyyət göstərən Milli Skaut Təşkilatların qarşısında duran vəzifələr, yüksək intellektə malik olan gənclər arasında əlaqələrin qurulması, müasir düşüncə və səmərəli ideyaların tətbiqi sahəsində təcrübə mübadilələrin aparılması ,birgə treniq kurslarının keçirilməsi məsələləri geniş müzakirə obyekti olub. Forum və konfrans çərçivəsində Ukrayna Azərbaycanlı gənclər Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının təşkil etdiyi Azərbaycan gecəsində qədim və müasir azərbaycan mədəniyyətini özündə əks etdirən video çarxın nümayiş etdirilməsi beynəlxalq tədbirə qatılanlar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb. 

Gecədə Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Azərbaycanın dünya birliyinə təkcə sosial – iqtisadi, elmi - mədəni inkişafı ilə deyil, sağlam düşüncəyə malik olan vətəndaş cəmiyyəti və intellektual gəncliyi ilə inteqrasiya olunması haqqında ətraflı məlumat veriblər. Eyni zamanda Azərbaycan Skautlar Assosiasiyasının 41-ci Ümumdünya Skaut Konfransı və 13-cü Ümumdünya Skaut Gənclər Forumuna 2017-ci ildə ev sahibliyini etmək məqsədi ilə Azərbaycanın namizədliyini irəli sürülməsi barədə ətraflı məlumat vermişlər. Avropa ilə Asiyanın enerji təhlükəsizliyinin qorunmasında mühüm çəkiyə malik olan Azərbaycanın bir çox sahələrlə yanaşı Avrasiya məkanında idman və turizm mərkəzlərindən birinə çevrildiyini bildiriblər. Sonra azərbaycan gecəsinə qatılan forum və konfrans iştirakçıları Azərbaycanın milli yeməklərinə qonaq ediliblər. Xalqımızın qədim və zəngin musiqi və rəqs nomrələri ilə tanış olan gənc Skautlar gələcək forum və konfranslarını Azərbaycanda keçirmək arzusunda olduqlarını bildirdilər.

OXŞAR XƏBƏRLƏR