Kiyevdə azərbaycanlı ailəyə atəş açıldı, ölən var

Kiyevdə azərbaycanlı ailəyə atəş açıldı, ölən var
HADİSƏ
21:19 02.09.2025
498
Kiyev vilayətində keçmiş hərbçi azərbaycanlı ailəyə atəş açıb.

Bu barədə sosial şəbəkələrdə azərbaycanlı jurnalist Mübariz Aslanov məlumat verib.

İlkin məlumatlara görə, münaqişə malların qiyməti ilə bağlı mübahisə zəminində başlayıb. Şifahi mübahisə faciəyə çevrilib: hücum edən şəxs silah üçün evə qayıdıb, daha sonra ata və oğlunu güllələyib.

28 yaşlı Rəhimov İsmayıl Fərman oğlu yerindəcə keçinib. Onun atası sağ qalıb və xəstəxanadadır. Hücum edən şəxs saxlanılıb.

Hadisə 2025-ci il avqustun 31-də Kiyev vilayətinin Fastiv şəhərində baş verib.
 
/unikal
OXŞAR XƏBƏRLƏR