Kiyevdə komendant saatı daha iki gün uzadıldı

Kiyevdə komendant saatı daha iki gün uzadıldı
DÜNYA
16:34 26.02.2022
471
Kiyevdə komendant saatı fevralın 26-sı saat 17.00-dan fevralın 28-i saat 08.00-dək tətbiq ediləcək.

Bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.

"Paytaxtın daha effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün bu gündən komendant saatı tətbiq olunacaq”, - o bildirib.

V.Kliçkonun sözlərinə görə, komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq: "Sizdən xahiş edirəm ki, vəziyyətə anlayışla yanaşasınız və küçələrə çıxmayasınız”.

Qeyd edək ki, daha öncə Kiyevdə komendant saatı fevralın 24-ü saat 22.00-dan 07.00-dək davam edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR