Kiyevdə küçə döyüşləri başladı: 9 nəfər öldü - CANLI YAYIM

SİYASƏT
23:30 18.02.2014
2073
Kiyevdə radikal qruplar Kanada səfirliyinə hücum edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.“Gənclərdən ibarət bir qrup əllərində dəyənəklərlə Kanadanın Ukraynadakı səfirliyinə hücum edib. Onlar səfirliyin əməkdaşlarına xəsarət yetirmək istəyib. Lakin bunu qarşısı alınıb”, - deyə məlumatda bildirilir.21.45Kiyevdə 9 nəfərin öldüyü açıqlandıKiyevdə baş verən qarşıdurmalarda ölənlərin sayı 9 nəfərə çatıb. Ölənlərin 2-ci milis, 7-si də mülki şəxsdir.Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, 1 nəfər Regionlar partiyasının ofisində tüstüdən boğulub, 3 nəfər Zabitlər Evinin qarşısında həlak olub, 1 nəfər aldığı güllə yarasından sonra təcili yardım maşınında dünyasını dəyişib, 2 nəfər ürək tutmasından ölüb.2 milis əməkdaşının da qarşıdurmalar zamanı öldüyü deyilir.20.30Kiyevdə ölənlərin sayı 6 nəfərə çatdı.Ukraynanın paytaxtı Kiyev şəhərində sanki müharibə gedir. Bütün bunlar Kiyevdən canlı yayımlanan videolardan da aydınca görsənir. Müxalifətin əsas tələbi 2004-cü ildə qəbul edilmiş ölkə Konstitusiyasına qayıtmaqdır. Milislər müxalifət nümayəndələrini Ali Radanın binasına buraxmayıblar. Ona görə də hadisələr daha da gərginləşib və bir çox inzibati binaların tutulması haqda informasiyalar yayılır.

OXŞAR XƏBƏRLƏR