AZXEBER.COM-un verdiyi məlumata görə, bu informasiyanı Ukrayna Səhiyyə Nazirliyi yayıb. Məlumatda deyilir ki, ümumilikdə, ilk tibbi yardım üçün 571 yaralı müraciət edib, onlardan 363-ü xəstəxanaya yerləşdirilib.Ukrayna Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, 76 yaralının vəziyyəti ağır qiymətləndirilir.Xatırladaq ki, Kiyevdə “Müstəqillik meydanı”nın tibbi məntəqəsi isə toqquşmalarda ölənlərin sayının 100 nəfər olduğunu deyib. Yaralıların sayının isə 500-ə çatdığı deyilir.