Kiyevdə maska taxmağı tələb edən tramvayçı öldürüldü - İnanılmaz

Kiyevdə maska taxmağı tələb edən tramvayçı öldürüldü - İnanılmaz
DÜNYA
19:35 06.06.2020
1282
Kiyevdə tramvay işçisi qatara minən sərnişinlərə maska taxmaq lazım olduğunu söylədiyi üçün döyülərək öldürülüb.

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, bir qrup sərnişin tramvayçının köməkçisinə hücum edərək onu ölüncə döyüb.

Sərnişinlər dayanacaqda onlara qoruyucu maska taxmaq tələbinə əməl etməyiblər. Nəticədə mübahisə düşüb və bu, dava ilə nəticələnib.

Qeyd edək ki, martın 22-dən Ukraynada ictimai nəqliyyatda qoruyucu maska taxmaq tələbi qoyulub. Bu ölkədə ictimai nəqliyyatda ayaqüstə səyahət də yasaqdır.
OXŞAR XƏBƏRLƏR