Kiyevdə məhkəmə binasında partlayış: Ölən və yaralananlar var

Kiyevdə məhkəmə binasında partlayış: Ölən və yaralananlar var
DÜNYA
22:15 05.07.2023
255
Kiyev məhkəməsinin binasında partlayış olub.

Bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.

Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:

"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb”.
OXŞAR XƏBƏRLƏR