Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirildi

Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirildi
DÜNYA
14:12 24.03.2022
225
Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.
OXŞAR XƏBƏRLƏR