Kiyevdə səmada sirli işıq peyda olub - FOTO

Kiyevdə səmada sirli işıq peyda olub - FOTO
DÜNYA
14:02 20.04.2023
241
Ötən gecə Ukraynanın paytaxtı Kiyevdə səmada müəmmalı işıq peyda olub. Sürətlə aşağı enən və yoxa çıxan obyektin nə olduğu hələ müəyyən edilməyib. 

AZXEBER.COM xəbər verir ki, "New York Times” qəzetinə danışan yüksək vəzifəli bir məmur bu işi araşdırdıqlarını söyləyib.

İşıq göründükdən sonra şəhərdə hava hücumu siqnallarının da səsləri gəlib. Bildirilib ki, indiyə qədər bu siqnallar ümumiyyətlə hücumlardan sonra deyil, əvvəllər səslənirdi.

Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsi katibi Andrey Yermak sosial media hesabında hava hücumundan müdafiə sistemlərinin dünən gecə Kiyevdə əks-hücum təşkil etdiyini yazıb və sonra "Hərbi Hava Qüvvələri bu işığın mənbəyi ilə bağlı lazımi məlumatları paylaşacaq", - deyə bildirib.

Bəziləri bu işığın dünən atmosferə girib yox olacağı gözlənilən NASA peyki ola biləcəyini fərz edir. 

Ayşən

 

OXŞAR XƏBƏRLƏR