Kiyevdə sərt karantin tətbiq edildi - 16 aprelə qədər...

Kiyevdə sərt karantin tətbiq edildi - 16 aprelə qədər...
DÜNYA
10:14 05.04.2021
457
Ukrayna paytaxtı Kiyevdə bu gündən daha sərt karantin məhdudiyyətləri qüvvəyə minib.
 
Meriyanın qərarına əsasən, Kiyevdəki bütün məktəblər və uşaq bağçaları aprelin 5-dən etibarən bağlanır və ictimai nəqliyyatdan yalnız kritik vacib infrastruktur müəssisələrinin işçiləri istifadə edə bilər.

16 aprelə qədər paytaxtda 20 mart tarixində tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq. İctimai iaşə müəssisələri yalnız çatdırma ilə işləyə bilər.

Qida məhsulları mağazaları, aptek və zoomağazalar xarici satış məntəqələri və ticarət mərkəzlərinin fəaliyyəti qadağandır. İşləyən obyektlərdə 20 kvadratmetrdə birdən çox alıcı olmamalıdır.

Əyləncə və kütləvi tədbirləri keçirilə bilən müəssisələr, hovuzlar, idman zalları, qeyri-ərzaq bazarları və yarmarkaları həmçinin bağlı qalacaq.
 
///Trend
OXŞAR XƏBƏRLƏR