Kiyevdəki qarşıdurmalarda 100-ə yaxın milis zədə alıb

DÜNYA
11:15 02.12.2013
944
Kiyevdəki qarşıdurmalarda 100-ə yaxın milis zədə alıb. Maydanda prezident Viktor Yanukoviçin siyasətinə etiraz edən nümayişçilərin “Berkut” xüsusi təyinatlı dəstə tərəfindən dağıdılmasından sonra yenidən Kiyevin “Müstəqillik meydanı”na və şəhərin mərkəzinə qayıdan müxalifətçilərlə milislər arasında baş verən qarşıdurmada gün ərzində 100 nəfərə yaxın milis əməkdaşı yaralanıb.ANS PRESS-in “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu daxili işlər nazirliyindən bildiriblər. Mənbə yazır ki, 4 saat ərzində “hökumət kvartalı” sayılan ərazidə vəziyyəti stabilləşdirmək üçün ora gətirilən milislərə nümayişçilər tərəfindən çoxlu sayda daş və müxtəlif alətlər atılıb.

OXŞAR XƏBƏRLƏR