Kiyevin mərkəzində ölkənin Avropaya inteqrasiyasının tərəfdarları aksiya keçirir.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, güclü yağışa rəğmən, insanlar meydanı tərk etmir. Xüsusi təyinatlılar aksiyanı kənardan izləyirlər.
Qeyd edək ki, Kiyevlə yanaşı aksiyalar ölkənin digər şəhərlərində də keçirilir.