Kiyevin müdafiəsi üçün yeni plan hazırlandı

Kiyevin müdafiəsi üçün yeni plan hazırlandı
DÜNYA
15:22 29.04.2022
479
Hərbçilər Kiyevin müdafiəsi üçün yeni plan hazırlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hərbi rəhbərlik Kiyevin müdafiəsi üçün yeni plan hazırlayıb. Bu barədə Kiyev hərbi administrasiyasının qərargah rəisi Sergey Korniyçuk telemarafonun efirində məlumat verib.

Kiyev hərbi administrasiyasının qərargah rəisi Sergey Korniyçuk bildirib ki, paytaxta raket hücumu təhlükəsi artıb:

"Paytaxtda vəziyyət yenidən canlanıb, maşınlar çoxalıb. Dünən Kiyevə raket zərbələri endirilməsi təsdiq edir ki, müharibə şəraitində raket zərbələri təhlükəsi qalır və onun artdığını deyə bilərik".

Korniyçuk vurğulayıb ki, rus ordusu paytaxtı ələ keçirmək məqsədindən imtina etməyib, ona görə də hərbi rəhbərlik paytaxtın müdafiəsi üçün yeni plan hazırlayıb:

"Hazırlıqlar aparılır, Kiyevin kənarında rayonların sərhədləri və mövqeləri möhkəmləndirilir, hər gün Kiyevin kənarında mühəndis texnikasının işlədiyini görmək olar
 
Ayşən
OXŞAR XƏBƏRLƏR