"Kızılcık Şerbeti" serialının aktrisası Ece İrtemin ölüm səbəbi açıqlandı

"Kızılcık Şerbeti" serialının aktrisası Ece İrtemin ölüm səbəbi açıqlandı
MAQAZİN
00:26 09.07.2026
296
"Kızılcık Şerbeti" serialında Işıl obrazını canlandıran 28 yaşlı türk aktrisası Ece İrtemin ölümünün rəsmi səbəbi məlum olub.

Bu barədə Demirören Haber Ajansı (DHA) Türkiyə Məhkəmə-Tibb İnstitutunun rəyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, aktrisa alkoqol intoksikasiyası (zəhərlənməsi) nəticəsində vəfat edib.

Faciə aktrisanın ad gününü restoranlardan birində qeyd etməsindən bir gün sonra baş verib. İrtemin anasının sözlərinə görə, onlar axşam saat təxminən 20:30-da evə qayıdıblar. Ece sərxoş vəziyyətdə olarkən həkim tərəfindən təyin edilmiş antidepressant qəbul edib.

Ana gecə qızının tualetə getdiyini eşitsə də, səhər onu oyada bilməyib. Otağa daxil olduqda qızını huşsuz vəziyyətdə görüb. Onun ağzından xoşagəlməz qoxulu maye axdığı bildirilib.

Aktrisanın ölümü ilə bağlı daha əvvəl infarktdan tutmuş qadağan olunmuş maddələrin həddindən artıq qəbuluna qədər müxtəlif ehtimallar irəli sürülmüşdü. Lakin məhkəmə-tibbi ekspertiza bu versiyaları təkzib edib. Hazırda Türkiyədə narkotik vasitələrin istifadəsində şübhəli bilinən aktyorlarla bağlı genişmiqyaslı araşdırma aparılsa da, Ece İrtemin bu işlə heç bir əlaqəsinin olmadığı vurğulanıb.

"T24" nəşri isə aktrisanın vəkili Uğur Gökkoyunun sözlərinə istinadən bildirib ki, daha əvvəl Ece İrtemin Taylandda meymun dişləməsi nəticəsində ölə biləcəyi ehtimalı da irəli sürülmüşdü.
OXŞAR XƏBƏRLƏR