1962-ci il model Ferrari fantastik qiymətə satılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən hərracda 1962-ci il istehsalı olan Ferrari modeli 51,7 milyon dollara satılıb. O, indiyə qədər hərracda satılan ən bahalı Ferrari olub.
Avtomobilin fantastik məbləğə satılmasının səbəbi nadirliyi və əhəmiyyətinə görə böyük marağa səbəb olması olub.
Qeyd edək ki, əfsanəvi italyan brendinin 1962-1964-cü illər arasında 250 GTO modelindın cəmi 39 ədədi istehsal olunub. Avtomobilin unikal konstruksiya tarixi və "Scuderia Ferrari" yarış komandası tərəfindən yarışlarda istifadəsi onu digərlərindən fərqləndirən xüsusiyyətlərindəndir.
Gülay