Kliçko Avropa Oyunlarının mükafatçısına mənzil yerinə selfi təklif etdi

Kliçko Avropa Oyunlarının mükafatçısına mənzil yerinə selfi təklif etdi
DÜNYA
11:23 03.07.2015
1915
“Bizim yaraşıqlı mer ilə”.
Yunan-Roma üslubu üzrə güləşçi Jan Belenyuk bildirib ki, Kiyevin meri Vitali Kliçko ona yeni mənzilin verilməsi əvəzinə selfi çəkdirməyi təklif edib.
Bu barədə Oxu.Az “Qazeta”ya istinadla xəbər verir.
“Bizim yaraşıqlı mer ilə. Mənzil əvəzinə o mənə selfi təklif etdi, mən də əlbəttə ki, razılaşdım”, - Belenyuk İnstagram-da yazıb.
Belenyuk dəfələrlə Kiyevdə yaşayış şəraitindən şikayət edib. Bakıda keçirilən Avropa Oyunlarında gümüş medal aldıqdan sonra isə o, Kliçkoya ona mənzil ayrılması ilə bağlı müraciət edib.
OXŞAR XƏBƏRLƏR