Kliçko boksdan gedir

Kliçko boksdan gedir
İDMAN
23:10 24.09.2012
1223
WBC versiyası üzrə dünya çempionu, 41 yaşlı ağır çəkili ukraynalı boksçu Vitali Kliçko idman karyerasına son qoyur.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o özü mətbuata açıqlama verib.
“İdman karyerama gəldikdə, deyərdim ki, artıq bunu davam etdirməyəcəm. Mən hər zaman boks əlcəklərimi mismardan asmağa hazıram. Mən artıq vuruşmaq niyyətində deyiləm”, - deyə Kliçko Donetsk şəhərində keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, sonuncu dəfə V. Kliçko rinqə bu ilin sentyabrın 8-də Moskvada çıxıb. Həmin gün o, Almaniyadan olan Manuel Çarra qalib gəlib və WBC versiyası üzrə dünya çempionu titulunu qoruyub saxlayıb.
OXŞAR XƏBƏRLƏR