Kliçko qadın və uşaqları Maydandan çıxarır

DÜNYA
10:20 10.12.2013
988

UDAR lideri iki tərəfdən meydana "Berkut" döyüşçülərinin gəldiyini də vurğulayıb

Ukraynanın müxalifətçi UDAR partiyasının lideri Vitali Kliçko qadın və uşaqlardan Maydanı tərk etməyi xahiş edib.

Bu barədə siyasətçi tribunadan bildirib. O, iki tərəfdən meydana "Berkut" döyüşçülərinin gəldiyini də vurğulayıb. Kliçko həm də xüsusi təyinatlıları "cinayətkar əmrləri" yerinə yetirməməyə çağırıb: "Siz də Maydanda dayanan insanlar kimi vətəndaşsınız",- deyib.

OXŞAR XƏBƏRLƏR