Britaniyalı boksçu Derek Çisora peşəkar bokçuların dünya birinciliyinin WBC versiyasında superağır çəki kateqoriyasında ukraynalı rəqibi Vitali Kliçkoya uduzub.
AZXEBER.COM-un BBC-yə istinadən verdiyi xəbərə görə, boxçular arasında görüş şənbə günü Münhendə keçirilmişdi. Döyüş 12 raund çəkib. Ağır mübarizə nəticəsində 40 yaşlı ukraynalı Vitali Kliçko28 yaşlı britaniyalı Derek Çisoraya qalib gəlib.
Görüşdən bir müddət sonra, yarışı uduzan Derek Çisora digər britaniyalı peşəkar bokçu Devid Hey ilə dalaşıb.
İlkin məlumatlara görə, 2 britaniyalı qaradərili bokçu arasında əlbəyaxa başlayıb, və kliçkoya uduzmuş britaniyalı boksçu hətta qarşı tərəfi güllələməklə hədələyib.
Çisora Heyi onu şüşə qırığı ilə yaralamağa cəhd etdiyini iddia edib.
Məlumatlara görə, Derek Çisora Münhen aeroportunda polis tərəfindən saxlanılıb.
Devid Heyi isə yerini Almaniya polisi müəyyən etməyə çalışır.