Klipinə “erotik” damğası vurulan Hadisə əsəbiləşdi: “Kişi edər, qadın susar”

Klipinə “erotik” damğası vurulan Hadisə əsəbiləşdi: “Kişi edər, qadın susar”
MAQAZİN
22:00 04.01.2018
1962
Müğənni Hadisə ötən gün Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən klipinə "erotik” adı verilməsinə və onun kanallarda yayımına qadağa qoyulmasına etiraz edib.
 
İfaçı klipindən bir səhnəni İnstaqram səhifəsində paylaşaraq sərt bir açıqlama yayıb:
 
"Mən klipimə vurulan "erotik” damğası ilə razılaşmıram və buna icazə vermərəm. Bir qadın sevgidən bəhs edən və həmin eşqi yansıdan səhnələr çəkəndə "erotik” olur. Amma kişi sənətçilərimiz istədikləri xanım model və aktrisaları çəkəndə heç "erotik” kateqoriyasına daxil edilmir. Mən bir qadın olaraq buna boyun əymək məcburiyyətindəyəm? Xeyr! "Kişi edər, qadın susar” fikirinə sonuna qədər qarşı çıxacam. Təəssüf ki, ölkəmizdə qadın və kişi ayrıseçkiliyi 2018-ci ildə belə davam edir. Amma bir qadın olaraq bunun üçün savaşmağa və azadlıq çərçivəsində sənətimi davam etməyə və yaşamağa çalışacam".
 
Qeyd edək ki, RTÜK ötən gün musiqi kanallarını Hadisənin "Sıfır Tolerans” klipini yayımladığı üçün cəzalandırmışdı.
 
 axsam.az
OXŞAR XƏBƏRLƏR