“Klon”un “Hade”si haqda bilmədiklərimiz – FOTO

“Klon”un “Hade”si haqda bilmədiklərimiz – FOTO
MAQAZİN
13:14 12.05.2018
9759
Hamımızın "Klon” serialından "Hade” deyə tanıdığı braziliyalı aktrisa haqda xeyli mif eşitmişik. Bəs aktrisa indi nə edir? Serialdakı obrazı ilə həyatı nə qədər üst-üstə düşüb?

AZXEBER.COM Oxu.Az-a istinadən Ciovanna Antonelli barədə bilmədiklərinizi təqdim edir.

Ciovanna Antonelli 1976-cı ildə Rio De Janeyroda anadan olub. O, kariyerasına 15 yaşında – 1991-ci ildə "Clube da Criança” proqramında assistent olaraq başlayıb.

 



Daha sonra seriallarda müxtəlif obrazlar canlandıran aktrisa ilk uğurunu 2000-ci ildə çəkildiyi "Laçoslar ailəsi” serialında qazanıb. O, ifa etdiyi rola görə beş mükafatlandırma mərasimində "Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Aktrisaya ən böyük uğuru isə "Klon” serialı gətirib.O, 2001-ci ildə çəkilişləri başlayan serialdakı obrazına görə səkkiz mükafat qazanıb.

Sənətçinin bu illərdə eşq həyatı da boş keçməyib. O, Rikardo Medina ilə 2000-ci ilin sentyabr ayında evlənib.

 


Ancaq onların bu sevgisi 2002-ci ildə sona yetib. Cütlük həmin ilin fevral ayında ayrılıb.

Ciovanna ürəyini 2002-ci ildə "Klon”un "Lukas”ı, aktyor Murilio Benesioya verir. Onların üç il davam edən münasibətlərindən isə 2005-ci ilin mayında bir oğlu dünyaya gəlir.

Elə həmin ilin noyabr ayında isə "Lukas” və "Hade” münasibətlərinə son qoyur.

 


Bu ayrılıqdan sonra Ciovannanın adı məşhur iş adamı Aleksandr Assioli ilə hallanır.

Onun bu münasibəti qısa çəkir və 2005-ci ildə aktrisa amerikalı iş adamı Robert Lokaskio ilə nişanlanır. Lakin Ciovanna bu münasibətdən də üzüağ çıxmır. Onlar dörd ay sonra ayrılırlar.

2007-ci ildə daha bir biznesmen Artur Fernandes ilə sevgili olan sənətçi onunla 2009-c ildə münasibətini sonlandırır.

Eyni ildə rejissor Leonardo Noquera ilə evlənən aktrisa 2010-cu ilin oktyabr ayında əkiz qız anası olur. Antonia və Sofia hər iki valideynin soyadını götürüb

Cütlük hazırda nikahlarını davam etdirirlər.

 


Ciovannanın Murilio Benesiodan ("Lukas”) dünyaya gələn oğlu isə hər iki valideyni ilə yaşayır və onlarla vaxt keçirir.

Qeyd edək ki, Murilio Benesio Ciovannadan ayrılandan sonra "Klon” serialında "Mel” obrazını canlandıran Melissa Ferraz ilə ailə qurub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır